Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopez iyulun 8-10-da Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində Samuel Santos Lopezin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Görüşdən sonra xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.
Səxavət