18 İyul 2014 10:24
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir həftədir Qəzza bölgəsinıə aviazərbələr endirən, ötən gecə isə quru əməliyyatına başlayan İsrailə etirazlar çoxalır.

Alınan xəbərə görə, iki latın Amerikası ölkəsi isə İsrailə qarşı konkret addımlar atıb.

Belə ki, Venesuella ölkəsindəki İsrail səfirliyinin fəaliyyətini dondurub, səfiri visə ölkədən çıxarıb.

Çili isə İsraillə bütün biznes əlaqələrini qeyri-müəyyən vaxta qədər dondurub.

Xatırladaq ki, bir müddət əvvəl itkin düşmüş 3 İsrail vətəndaşının meyitinin tapılması, bundan sonra fələstinli gəncin qaçırılaraq yandırılması 60 ildən çoxdur davam edən Fələstin – İsrail münaqişəsini gərginləşdirib. Bu çərçivədə İsrailin başlatdığı hərəkat nəticəsində əksəriyyəti uşaq və mülki əhali olan 200-dən çox insan öldürülüb, mindən çox isə yaralanan var.

Hadisəni şərh edən ABŞ prezidenti bunu İsrailin özünü müdafiə hüququ kimi dəyərləndirib.

/ans press/


Müəllif: