Prezident İlham Əliyevin sərəncamına əsasən YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyinatı ilə Milli Məclisdə boş deputat yerlərinin sayı dördə çatdı.
Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz.
M.Qurbanlının parlamentdəki səlahiyyətlərinə Mərkəzi Seçki Komissiyası xitam verməlidir.
M.Qurbanlının təyinatı ilə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi boş qalacaq. Bu dairədən başqa 19 saylı Nərimanov, 34 saylı Xətai və 110 saylı Zaqatala seçki dairələrindən deputat yoxdur.
YAP-ın icra katibi Əli Əhmədov baş nazirin müavini təyin olunduğu üçün onun deputat səlahiyyətinə xitam verilmişdi.
Qeyd edək ki, YAP üçüncü çağırış Milli Məclisdə 72 deputat yeri qazanmışdı.
MSK-dan Teleqraf.com-a bildirdilər ki, M.Qurbanlının mandatının ləğv olunmasının proseduru barədə daha sonra geniş açıqlama veriləcək.
Kəmalə