30 İyul 2014 10:34
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynanın şərqindəki fəaliyyəti Avropa üçün ciddi nəticələr doğura bilər.


Məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Ukrayna ilə bağlı verdiyi xüsusi açıqlamasında deyib.

“Yox, bu soyuq müharibə deyil. Bu, Rusiyanın Ukraynanın öz müqəddəratını həll etmək hüququnu tanımaqdan imtina etməsidir”, - deyə Obama bildirib.

ABŞ prezidentinin sözlərinə görə, Ukraynanın Rusiyanın vassalı kimi qəbul olunması yolverilməzdir: “Rusiya Ukraynanın şərqindəki döyüşçüləri dəstəkləyir və onlara silah yardımı edir. Kəşfiyyatımızın verdiyi məlumata görə, Rusiya Ukrayna ərazisinə raket atır”.

Obama eyni zamanda bildirib ki, Rusiyanın Ukraynanın şərqindəki fəaliyyəti Avropa üçün də ciddi nəticələr verə bilər.


Müəllif:

Oxşar xəbərlər