Qazaxda 43 yaşlı kişinin meyiti mənzildən tapılıb.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Vasif Yaqubovun meyiti yaşadığı mənzilin hamam otağında tapılıb.
Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib. Onun ölüm səbəbləri dəqiqləşdirilir.
Qeyd edək ki, mərhumun ANAMA-nln əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.