31 İyul 2014 12:39
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın 1 nömrəli raketkası Novak Cokoviç İsrailin Qəzzaya etdiyi hücumlara etiraz edib və fələstinlilərə dəstək vermək məqsədi ilə müsəlman olacağını açıqlayıb.

Məşhur tennisçi Cokoviç Qəzzada öldürülən uşaqların görüntülərini unuda bilmədiyini deməklə yanaşı, İsrailin bu terroruna böyük dövlətlərin seyrçi qalmasının təəssüfləndirici məqam olduğunu bidirib.

Cokoviç CNN, BBC və buna bənzər mediaların Qəzzadakı qırğına daha çox yer vermələri və dünya liderlərinə təzyiq etmələri üçün müsəlman dinini qəbul etməyə qərar verdiyini deyib. İdmançı bu qərardan əvvəl ailəsi ilə danışdığını və müsəlman olmaq üçün ailəsindən müsbət cavab aldığını da sözlərinə əlavə edib.

Cokoviç müsəlmanlığa keçdiyi zaman fələstinlilərə daha çox yardım edəcəyini söyləyib. Qəzzadakı uşaqlar üçün 5OO min dollar kömək etdiyini də açıqlayan Cokoviç İsrailin hücumu davam edəcəyi təqdirdə yarışlara qara sarğı taxmaqla çıxacağını deyib.

Cokoviç Kriştiano Ronaldo ilə Qəzzaya yardım etmək üçün davamlı əlaqə saxladığını da bildirib./anspress/


Müəllif:

Oxşar xəbərlər