14:07
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının inşasına başlanılacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında bp şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, texniki-iqtisadi əsaslandırma hazırdır, müqavilə öhdəlikləri imzalanıb, layihənin yekun maliyyə qərarının (FID) bu il verilməsi gözlənilir.

“Ərazinin minalardan təmizlənmə prosesi başa çatıb. Sertifikasiya olandan və kontraktlar bağlanandan sonra avadanlıqlar seçiləcək. Bunlardan sonra müddət də müəyyən olunacaq”,- deyə B.Aslanbəyli bildirib.

Qeyd edək ki, COP çərçivəsində icrasına təkan verilən Cəbrayılda tikiləcək 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası dünyanın ən böyük neft-qaz terminallarından biri Səngəçalı elektrikləşdirməklə karbohidrogenlərlə yaşıl enerjinin vəhdətinin nümunəsi olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər