14:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv prossesində olan Dövlət Sığorta Kommersiya şirkətinə məxsus nəqliyyat vasitələri fevralın 3-də hərraca çıxarılacaq.

Teleqraf.com Əmlak Məsələləri Dövlət xidmətinə istinadən xəbər verir ki, buraxılış ili 2012-ci il olan BMW 740 markalı avtomobil 13 min 700 manat start qiymətlə satışa çıxarılacaq.

Əlavə olaraq, 2019-cu il istehsalı olan FAW B30 markalı avtomobil isə 7 min 100 manat start qiymətlə hərraca qoyulacaq.

Hərracda iştirak üçün əvvəlcədən 10 faiz beh tələb olunur. Beh Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına köçürülməlidir.

Qeyd edək ki, bu nəqliyyat vasitələri artıq 4-cü dəfədir ki hərraca çıxarılır. Bu dəfə hərracın baş tutması üçün 50 faiz endirim tətbiq edilib.

Onu da bildirək ki, Prezidentin fərmanı ilə Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilib.


Müəllif: İlahə Səlimova

Oxşar xəbərlər