Yulian Nagelsman futbol üzrə Almaniya milli komandası ilə müqavilə müddətini uzadıb.
Teleqraf.com xəbər verir ki, 37 yaşlı mütəxəssislə 2028-ci ilədək anlaşma əldə olunub.
O, Bundestimə 2023-cü ilin sentyabrından rəhbərlik edir. Nagelsmanın əvvəlki sözləşməsi 2026-cı ilədək idi.
Gənc mütəxəssisin rəhbərliyi altında yığma Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatında 1/4 finaladək irəliləyə bilib. Komanda sonradan Avropa çempionu olan İspaniyaya uduzub.
Qeyd edək ki, Yulian Nagelsman əvvəllər Almaniyanın "Bavariya", "Leyptsiq" və "Hoffenhaym" klublarında çalışıb. O, 2021/2022 mövsümündə "Bavariya"nı ölkə çempionu edib.