15:19
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87,3, qeyri-aşkar şəraitdə baş verənlərin 86, şəxsiyyət əleyhinə olanların 98,9, onlardan qəsdən adam öldürmələrin 96,6, adam öldürməyə сəhdlərin 95,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, mülkiyyət əleyhinə olanların 83,3 faizi açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş Kollegiya iclasında bildirilib.

"Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib", - məlumatda bildirilib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər