İranda 2024-cü maliyyə ilinin başa çatmasına iki ay vaxt qalmasına baxmayaraq, hökümət hələ də maaşları artırmaqda çətinlik çəkir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Iran International” məqalə dərc edib.
Qeyd olunub ki, inflyasiyanın 40%-ə çatdığı ölkədə maaşların artırılması ciddi problemlər yarada bilər. Dövlət sektorunun üstünlük təşkil etdiyi sistemdə daha yüksək əmək haqqı ödənişi üçün vəsait çatışmazlığı var.
Sıravi işçilər hazırda ayda 150 dollardan az gəlir əldə edirlər, halbuki rəsmi hesablamalara görə, üç nəfərlik bir ailənin əsas ehtiyaclarını ödəmək üçün ayda ən azı 450 dollar lazımdır.
Məqalədə qeyd edilib ki, 2018-ci ildən İranın milli valyutası kəskin dəyərdən düşüb. Bu müddətdə maaşlar cəmi 8 dəfə artıb.
İqtisadçı professor Morteza Afqah Tehranın “Nameh News” saytına bildirib ki, İranın iqtisadi böhranı yalnız iqtisadi tədbirlərlə həll edilə bilməz, çünki onun əsas səbəbi xarici siyasətdədir.