12:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən güclü cüdo komandalarından olan Yaponiya millisi əsas heyəti ilə Bakı Böyük Dəbilqə turnirində iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, ölkənin olimpiya və dünya çempionları Paris 2024 Yay Olimpiya Oyunlarından sonra ilk dəfə güclərini bu yarışda nümayiş etdirəcəklər:

Natsumi Tsunoda (48 kq) – Olimpiya çempionu, üçqat dünya çempionu.

Uta Abe (52 kq) – Olimpiya çempionu, dördqat dünya çempionu.

Ryuju Naqayama (60 kq) – Olimpiya və dünya mükafatçısı.

Tatsuki İşihara (73 kq) – Dünya mükafatçısı. (Hidayət Heydərovla Dünya Çempionatının finalında qarşılaşan idmançı)

Sanşiro Murao (90 kq) – Olimpiya və dünya mükafatçısı.

Həmçinin, ikiqat Olimpiya və üçqat dünya çempionu Şoheyi Ononun məşqçi kimi Yaponiyanın nümayəndə heyətinin tərkibində Bakıda olması gözlənilir.

Ümumilikdə Yaponiya Bakıda keçiriləcək yarışda 19 cüdoçu ilə təmsil olunacaq.

Qeyd edək ki, Böyük Dəbilqə turniri 14 - 16 fevralda Milli Gimnastika Arenasında keçiriləcək.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər