30 Avqust 2020 20:11
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,51 faiz artaraq 24,797 milyon dollar təşkil edib.

Bu barədə Teleqraf.com-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

İyul ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin iyulu ilə müqayisədə 12,82 faiz artıb və 4,309 milyon dollara bərabər olub.

2020-ci ilin yanvar-iyul aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq 8,79 milyard dollar təşkil edib.

Hesabat dövründə hazır geyim ixracı Türkiyənin ümumi ixracının 9,8 faizini təşkil edib.

Son 12 ay ərzində (iyul 2019 - iyul 2020) Türkiyə 16,093 milyard dollar məbləğində hazır geyim ixrac edib.


Müəllif: Teleqraf.com