15 Oktyabr 2014 23:17
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trans-Anadolu boru kəməri (TAP) layihəsi üzrə konsorsium boru kəmərinin Albaniya və Yunanıstan ərazisindən keçən yerüstü sahəsinin tikintisi ilə bağlı ilk böyük tender elan edib. Teleqraf.com-un məlumatına görə, təkliflərdən asılı olaraq müqavilə bir neçə müqavilələrə bölünə bilər.

Bu ilin mayında boru kəmərinin yerüstü sahəsinin tikintisi üzrə kvalifikasiya öncəsi tender elan edilib. Əsas tenderin mövzusu Yunanıstan və Albaniya ərazisində diametri 1,2 metr olan təqribən 760 kilometr boru kəmərinin layihələndirilməsi, tədarükü və tikintisidir.

Boru kəmərlərinin tikintisi sahəsində ixtisaslaşmış beynəlxalq şirkətlər tenderdə iştirak üçün dəvət alıblar. Onların arasında TAP iştirakçısı olan ölkələrin şirkətləri də var.

Podratçılarla müqaviləni 2015-ci ilin III rübündə imzalamaq planlaşdırılır.


Müəllif: