29 Oktyabr 2020 15:48
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son bir həftədə pandemiyanın yenidən baş qaldırması və Liviyada hasilatın artması fonunda dünya bazarlarında neftin ucuzlaşması müşahidə edilir”.

Teleqrad.com xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.

O, hazırda Brent markalı neftin 38 dollara yaxınlaşdığını bildirib: “İndiki vəziyyətdə neftin ucuzlaşmasını qətiyyən istəməzdim. Müharibə aparan ölkə üçün əlavə pul hava-su kimi lazımdır. Üstəgəl, azad olunmuş ərazilərin həyata qaytarılması üçün böyük pullara ehtiyac var.

Burada əsas mənbə rolunu şübhəsiz ki, Neft Fondu oynayacaq. Beynəlxalq maliyyə institutlarının kreditləri də öz töhfəsini verəcək. Ancaq neftin bahalaşması borc yükümüzü azaltmaqla bizə əlavə dəstək ola bilər”.


Müəllif: Yeganə Oqtayqızı