1 Yanvar 2023 20:10
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ilin başlaması ilə bir sıra avtomobil markası qiymətləri yeniləməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, çip və enerji böhranı avtomobillərin qiymətini günbəgün artırıb.

Bu səbəbdən “Renault”, “Volkswagen”, “Kia” və “Hyundai” 1 yanvar 2023-cü il tarixinə qiymət siyahılarını yeniləyəcəklərini açıqlayıb.

Sıfır kilometr avtomobillərin dilerlərə gəlməsi ilə yanvar ayında qiymətlər yenidən yüksələcək. Artımın nə qədər olacağı isə siyahıların açıqlanması ilə müəyyənləşəcək.

Bir çox markalar yüksək tələbat səbəbiylə yanvar ayında qiymət zəmanəti olmadan satılan avtomobillərin siyahısını açıqlayıb.


Müəllif: Yeganə Oqtayqızı