3 İyul 2014 16:01
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toyundan bir necə gün sonra xəstəliyə tutulması barədə məlumatlar yayılan tanınmış müğənni Sərdar Ortaç 26 günlük həyat yoldaşı ilə dalaşıb.

Buna səbəb onun xəstəxanadakı fotolarını tez-tez sosial şəbəkədə paylaşması olub.

Müğənninin 26 günlük həyat yoldaşı model Xloe Loughnan bu vəziyyətə üsyan edib. “Bəsdir daha. Özünə gəl. Sənə "öl" deyənləri belə paylaşırsan. Bu yolla xəstəliyə qalib gələ bilmərsən".

Bundan sonra həyat yoldaşı S.Ortaçın telefonunu əlindən almaq istəyib. Nəticədə cütlük arasında dava düşüb. Davadan sonra müğənni "Twitter"də belə yazıb: "Bu yalançı dünyada bir tək dostum belə yoxdur".

Məlumata görə, yoldaşı ilə mübahisədən sonra o sosial şəbəkədəki neqativ paylaşımlarını silən Sərdar Ortaç "artıq gözəl şeylər yazacam. Düşmənləri çatladacam. Dostlar turp kimiyəm. Ayağa qalxdım. Bəddualar tutmadı" yazıb.

/ans press/


Müəllif:

Oxşar xəbərlər