4 İyul 2014 15:17
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən bunu etsən, onlar məni tapdalayarlar”

“Gündəlik Teleqraf” qəzetinin “Brifinq” layihəsində qonaq olan tanınmış müğənni Elariz Məmmədoğlu bütün medianın diqqət mərkəzində olan İlhamə-Flora qalmaqalına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, E.Məmmədoğlu bildirib ki, həm İlhamə Quliyeva, həm də Flora Kərimova ilə əlaqələri çox yaxşıdır: “Hər iki xanımın sənətinə və şəxsiyyətinə böyük hörmətim var. Onlara da demişəm ki, öz aralarında nə problemləri var, özləri bilərlər. Mən sülh adamıyam”.

E.Məmmədoğlu sənətçiləri barışdırmaq niyyətinin olmadığını söyləyib: “Onları barışdırmaq mənlik deyil. İki əjdahanın arasına girmək olar? Onlar məni tapdalayarlar”.

Qeyd edək ki, E.Məmmədoğlu müğənnilərə verilən titullardan, fəxri adlardan danışıb. O, titula ehtiyacı olmadığını söyləsə də, özünü Xalq artisti adına belə layiq görüb.

E.Məmmədoğlunun geniş müsahibəsini “Gündəlik Teleqraf” qəzetinin şənbə sayında oxuya bilərsiniz.


Müəllif:

Oxşar xəbərlər