7 İyul 2014 13:43
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Yaşıl Teatrda müğənni Nadir Qafarzadənin xanımına həsr etdiyi “Həyatımsan ömrüm qədər” adlı konserti olub.



Gecəni ilk olaraq rəqs qrupu açıq elan edib. Həyat yoldaşı ilə birgə konsert salonuna daxil olan müğənni Sevinc xanımı əsil kraliçalara layiq bəzətdirdiyi kresloda əyləşdirərək, onun şərəfinə sevilən mahnılarını oxuyub.

Mərhum sənətkar Hüseynağa Hadıyevin repertuarından olan “Sən olmuşam” mahnısını oxuyan müğənni, daha sonra sevilən mahnılarını bir-birinin ardınca ifa edib.

Azərbaycanda ilk dəfə baş tutan konsertdə müğənnini ifaları zamanı onu rəqs qrupları müşayiət edib.

Xatırladaq ki, “Həyatımsan ömrüm qədər” adlı gecədə müğənni 23 mahnı ifa edib. Onlardan 4-ü yeni olub. Yalnız sözləri Altay Yaşar, musiqisi Fərid Kərimliyə məxsus olan “Sevincim, nadir incim” mahnısı isə məhz həmin gecə üçün yazılıb.

/ans press/


Müəllif:

Oxşar xəbərlər