8 Fevral 2017 14:05
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Canəli Əkbərov aktyor Ramiz Məlikə cavab verib.

Canəli Əkbərov Teleqraf.com-a açıqlamasında Ramiz Məlikin ünvanına bu sözləri deyib: “Ramiz teatrda öz işiylə məşğul olsun. Mənim işimə qarışmasın. Onları Allaha tapşırıram. Allah bilən məsləhətdir. Artıq müsahibə verməkdən imtina edirəm. Sadəcə, haqqımda danışanlara cavab verdim. Haqqımda söz deyənlər sabah qarşımda üzbəüz dura bilməyəcəklər. Evdən də danlayırlar ki, yaşının bu vaxtında niyə onlara baş qoşursan? Sadəcə, mənim daşım ağrıdır. Onların üzünə tüpürüm”.

Ramiz Məlik sosial şəbəkədə Canəli Əkbərovun həddini aşdığını və özünü biabır etdiyini yazmışdı: “Canəli, sən artıq həddini aşırsan. Utan, sərhəddi keçmə, özünü biabır edirsən. Münsiflər heyəti səni öz sıralarında görmək istəmir. Deməli, sən oralara layiq deyilsən”.

Aylin


Müəllif: