14 Fevral 2017 12:08
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şahinin səhhətində irəliləyiş yoxdur, vəziyyəti ağırdır. Həkim nəzarətindədir. Yatızdırırlar ki, müalicəsini davam etdirə bilsinlər. Çünki beyinə infeksiya düşüb. Həkimlər Şahinin yaxşılaşması üçün əllərindən gələni edirlər. Ola bilər sabah səhhəti normaya düşsün, yaxud ağırlaşsın. Bu haqda həkimlər də heç nə deyə bilmir. Keçən həftə normal idi. Üç gün ərzində pisləşdi. Bu xəstəlikdə hər şey qəflətən baş verir”.

Bu sözləri Teleqraf.com-a qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə deyib. O, həyat yoldaşının ölüm xəbərinin yayılmasına da münasibət bildirib: “Şahin yaşayır. Gecə saytlar ölüm xəbərini yazıblar. Düşünmürlər ki, ailəsi narahat olar. Gecə çox pis oldum, əsəbiləşdim ki, niyə belə yazırlar? Reytinq xətrinə xəstədən istifadə etmək düzgün deyil”.

Səbinə Şəkizadə qaynatasının da Şahinin xəstəliyindən xəbəri olduğunu deyib: “Artıq Şahinin xəstəliyini atası da bilir. Kanalların biri Şahin haqda veriliş hazırlamışdı. Ondan sonra bildi ki, oğlu qan xərçəngindən əziyyət çəkir”.

Rəqsanə


Müəllif: