2011-ci "Eurivision" mahnı müsabiqəsində Azərbaycana birincilik gətirən (Eldar Qasımovla birlikdə) müğənni Nigar Camal (Nikki) Türkiyənin mətbuatına müsahibə verib.
Türkiyənin "Posta" qəzetinə maraqlı açıqlamalar verən Nikki qardaş ölkədə "X Factor - Ulduz işığı" müsabiqəsinin jüri üzvü kimi özünü sevdirməyə başlayır.
“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal müsahibəsində "Eurivision"-da qalib olduqdan sonra həyatında baş verən dəyişikliklərdən və ən əsas da şəxsi həyatından söz açıb.
"Həyatımda eşq, məhəbbət yoxdur. Belə işlərim çox gözəldir. Eşq olanda işlər çətinləşir. Mənim eşqim - qızlarım, anam-atam, və yeni layihələrimdir." - deyə müğənni eşqlə bağlı fikirlərini bildirib.
Qısqanc olsa belə bunu üzə vurmamağa çalışdığını söyləyən Nikki qısqanılmağı da xoşlamadığını qeyd edib.
Müğənni hərəkətli, zarafat edən, danışmağı sevən, gülərüzlü, pozitiv olan və zəhlə tökməməyə çalışan kişiləri sevdiyini vurğulayıb. Türk kişilərini isə dünyanın ən yaraşıqlı kişiləri olaraq göstərib: "İtaliyaya getmişdim, oradakı kişilər də yaraşıqlıdırlar amma müsəlman deyillər. Mədəniyyətləri fərqlidir. İtalyan kişilərdənsə, türk kişilərini seçərəm."
Nikki ailə münasibətlərinə də aydınlıq gətirib. Biri 7, digəri isə 8 yaşında - iki qızı olan Nikki boşandığını, lakin keçmiş əri ilə münasibətlərini dost kimi davam etdirdiklərini bildirib.
/tabloid/