Türkiyəli tanınmış model Tuba Özay italiyalı iş adamı Lüdovik Fattizzodan boşanır.
5 il əvvəl ailə quran cütlüyün boşanmasına səbəb Tuba Özayın uşaq istəməməsidir.
Bu barədə açıqlama verən model həyat yoldaşının İtaliyada yaşamaq və uşaq dünyaya gətirmək təklifini qəbul etmədiyini və boşanmağa qərar verdiyini bildirib:
"Beş ildir ki, həm İtaliyada, həm Türkiyədə yaşayıram. Lüdovik birdəfəlik onun yanına, İtaliyaya köçməyimi istədi. Amma mən ölkəmi tərk etmək istəmirəm. Həm də məndən uşaq istəyirdi, razılaşmadım. O, Türkiyəyə gəlmək istəmir, mən də İtaliyaya getmirəm. Artıq ikimiz də vəkil tutmuşuq”.
Qeyd edək ki, cütlük evlənərkən nikah müqaviləsi bağladıqları üçün bir-birilərindən heç bir maddi təzminat tələb etməyəcəklər.
/tabloid.az/