30 İyul 2014 16:00
2 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tı kto takoy” meyxanası ilə məşhurlaşan İntiqam və Ehtiram Rüstəmov qardaşlarından yeni xəbər var.

Belə ki, qardaşlardan İntiqam Rüstəmov Teleqraf.com-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda onların böyük konserti olacaq. Onun sözlərinə görə, konsert Rusiyada olacaq:

“Yay mövsümündən sonra Moskva şəhərində böyük konsertimiz olacaq. Konsertimiz sentyabr-oktyabr aylarına təsadüf edəcək”.

Meyxanaçı onuda qeyd edib ki, onların tikdirdiyi “Davay dosvidaniya” restoranın tikintisi davam edir:
“Restoran tam hazır deyil. Hələki restoranda işlər gedir. Allah köməkliyi ilə işlər yavaş-yavaş öz qaydasındadır”.

Meyxanaçı indi yay mövsümü olduğundan istirahət etdiyini deyib. İngilis dilində Qarabağa aid meyxana deməsinə gəlincə, o, bunu da edəcəyini bildirib.

Anar Baqir


Müəllif:

Oxşar xəbərlər