31 İyul 2014 23:59
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nisə Qasımova teleaparıcılardan gileylənib.

Məlumata görə, ATV-də yayımlanan “Gündəlik” verilişinin qonağı olan xalq artisti Nisə Qasımova verilişlərin birində başına gələn hadisədən danışıb:

“Verilişlərin birində bir aparıcı mənə göndərilən güllərə baxıb dedi ki, Nisə xanım sizin doğurdanda xəbəriniz yoxdur bu gülü sizə kim göndərib. Elə cılız aparıcıları ora qoyurlar ki, adam verilişə getdiyinə də peşman olur”.

Qeyd edək ki, xalq artisti aparıcıları məhz “Gündəlik” verilişində tamaşaçılardan birinin ona çiçək dəstəsi bağışlamasından sonra tənqid edib.

aznews.az


Müəllif: