Fransız moda evi Şanel (Chanel) tərəfindən dəfilə üçün dekor məqsədiylə meşədən ağaclar kəsilib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Parisdə məşhur Böyük Sarayda hazırlanan Şanel 2018-2019 payız-qış kolleksiyasının nümayişi üçün canlı ağac dekorunun hazırlanması müzakirələrə səbəb olub.
3 saatlıq dəfiləyə görə sarayda həqiqi bir meşə dekoru görüntüsü yaratmaq üçün 150 illik yaşı olan ağaclar kəsilib. Nümayişdən sonra ağaclar zibilliyə atılıb.
Məşhur moda evi isə açıqlamasında bildirib ki, öz məhsullarını 500 söyüddən təqdim edib.