Türkiyəli aktrisa Nil Makaracı lezbiyan olduğu üçün rol aldığı "Avlu" serialının heyətindən uzaqlaşdırılıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, aktrisa kobud rəftarla qarşılaşdığını deyib:
“Mən böyük həvəs və istəklə daxil olduğum "Avlu" serialının heyətindən 21 martda rejissorun köməkçisi Mərvə Çolak tərəfindən uzaqlaşdırıldım. Səbəb lezbiyan olmağımdır. Ortada başqa bəhanə yox idi”.
Baş vermiş hadisədən maddi və mənəvi zərər aldığını deyən Nil Makaracı bir Türkiyə reallığı ilə qarşılaşdığını bildirib:
“Məni sevənlərdən və dəstəkləyənlərdən də üzr istəyirəm”.