12 Oktyabr 2018 10:16
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzTV-də yayımlanan “Səs Azərbaycan”a xərclənən pulun miqdarı açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, “Səhər-səhər” verilişinə qonaq olan prodüser Oqtay Əliyev bildirib ki, layihəyə 3 milyon avro xərclənib: “İndi Rusiyadakı “Qolos”, “O səs Türkiyə” kimi layihələr gündəmdədir. Həmin müsabiqələr çox baha başa gəlir. Onun lisenziyasını almaq üçün 1 milyon avro ödəməlisən. AzTV-də isə 3 aylıq layihə 3 milyona başa gəldi”.

Qeyd edək ki, “Səs Azərbaycan” müsabiqəsi AzTV-də 2015-ci ildə yayımlanırdı.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər