26 Noyabr 2018 12:54
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam şəxsi həyatından danışıb.

Teleqraf.com-un məlumatına görə, o, “Altın Kelebek” mükafat mərasimi çərçivəsində lentə alınan “Böyük dəyişim” adlı sənədli filmdə bildirib ki, sevməyib ailə qurub:

“Ailə qurmaq barədə düşünmürdüm. Fəxrəddin bəy gözəl ailə tərbiyəsi görüb. İlk dəfə də məni onun tərbiyəsi cəlb edib. Evlilik barədə dedim ki, mənə 1-2 gün vaxt verin, fikirləşim. Sən demə, o da bu barədə düşünürmüş ki, ailə qursun. Yeni evli olan vaxtlar yola getmirdik, fikirlərimiz toqquşurdu. Əvvələr adi soyuducunun qapısı açıq qalanda mübahisə yaranırdı. İndi isə görürəm ki, bütüm xasiyyətimiz eynidir. Təsəvvür edin, mənim ailə qurmamışdan qabaq dostlarım var idi. İndi onların hamısı Fəxrəddinlə yaxın dostdular. Sevməyib ailə qurmuşam, amma indi bəlkə də, övladımdan da birinci mənim üçün həyat yoldaşımdır. Bilirsiz, evlilikdən sonra başqaları kimi məni dəli kimi qısqanmadı, qadağalar qoymadı, bezdirmədi”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər