6 İyun 2019 21:58
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sonuncu dəfə həyat yoldaşından boşanması xəbəri ilə gündəmə gələn müğənni Kəmalə Qaramollayevanın dəyişimi diqqətdən yayınmayıb.

Teleqraf.com xəbər verir ki, o, imicində kəskin dəyişiklik edərək, qara saçlarını sarı ilə əvəzləyib və onları qısa kəsdirib.

İfaçı eyni zamanda fotoqraf Ramin Aslanovun obyektivi qarşısına keçərək, pozlar verib.

Qeyd edək ki, Qaramollayeva Teymur adlı Türkiyə vətəndaşı ilə ailə qurmuşdu. Onun bu evlilikdən bir oğlu dünyaya gəlib. Ayrılıq prosesi təxminən bir ilə yaxın müddətdir baş verib. Müğənninin boşanmasının tam səbəbi bəlli deyil.


Müəllif: Teleqraf.com