Əməkdar artist Sənubər İsgəndərli pandemiyaya görə teatrların bağlı qalmasını tənqid edib.
Teleqraf.com xəbər verir ki, Sənubər İsgəndərli sosial şəbəkədə bu sözləri yazıb:
“Martda bir il olacaq ki, ölkəmizdə bütün teatrlar bağlıdır. Pandemiyadır, karantindir deyib oturduq. Amma heç bir ölkədə teatrların qapısı bu qədər bağlı qalmadı. Hər yerdə mümkün variantlardan istifadə olundu ki, teatr sənəti yaşasın.
Biz hələ oturmuşuq. Bir də ayılıb görəcəyik ki, nə teatr var, nə də sənət”.