Tanınmış aktrisa Fəxriyyə Evcən “Kurt Seyit ve Şura” serialında tez-tez qalmaqallar salması ilə bağlı yayılan şayələrə cavab verib.
Teleqraf.com “hürriyət”ə istinadən xəbər verir ki, F.Evcən dalaşdığı deyilən həmkarı Elçin Sanqu və rejissor Hilal Saralla çəkdirdiyi fotoları İnstaqram səhifəsində paylaşaraq zarafatla “Saçımızı-başımızı yolmazdan əvvəlki son anlarımız” sözlərini yazıb.
Qeyd edək ki, aktisanın serialda rol yoldaşı Burak Özçivitlə eşq yaşayır.
Rüstəm