Türkiyə millisinin və “Atletiko Madrid” klubunun futbolçusu Arda Turan aktrisa Serenay Sarıkaya ilə münasibətindən danışıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu mətbuatda yayılan xəbərlərə “Twitter” hesabında belə cavab yazıb:
"Bir az əməyə, ailəyə, işə hörmət edin. Üç gündən bir burada dünyanın ən güclü komandalarına qarşı mübarizə aparıram. Mən hər hansı bir xanıma mesaj yazmamışam. Heç bir jurnalistlə kimsəyə xəbər göndərməmişəm. Köhnə düşüncəli adamam. Oyundan əvvəl motivasiya olmağıma kömək etməyinizi gözləmirəm, ən azından əhvalımı pozmazsanız sizə minnətdar olaram".
Qeyd edək ki, aktrisa Serenay Sarıkaya yayılan məlumatları təkzib edib. O, "Ardayla aramızda bir şey yoxdur, ola bilməz" deyə bildirilib.
Rüstəm