24 Yanvar 2015 19:51
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müğənni Ayan Babakişiyeva media nümayəndələri ilə görüşüb.


Teleqraf.com xəbər verir ki, sənətçi “Səndən sonra” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Sözləri və musiqisi Tural Bayraməliyevə aid olan bəstənin ekran həlli rejissor Ceyhun İbrahimova və Vüsal Həsənliyə həvalə olunub.

Uzun fasilədən sonra yenidən jurnalistlərlə görüşən sənətçi klipindən bəhs edib:

“Elə bilirdim unudulmuşam. Amma bu möhtəşəm qarşılanmadan sonra əmin oldum ki, hələ ulduzum sönməyib. Məni tək qoymadınız, özümü çox güclü hiss edirəm. Yeni klipimi bəyənəcəyinizə inanıram. Mənimlə birgə çalışan komandaya çox sağ ol deyirəm. Fasilə verməyimə dəydi. Maraqlı bir ekran işidir, bəyəndim. Klip kinolentə çəkilib. Bakıda lentə alınıb, 12 min manata başa gəlib. Mahnıdakı sözlərə həyatımda da əməl edəcəm, söz olaraq qalmayacaq. Selenadan (qızı - red.) sonra həyatımda hər şey əla olacaq”.

FOTO : Ruslan Bakiroğlu


Müəllif:

Oxşar xəbərlər