8 İyul 2018 11:15
5 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dünyada kimsə 5 yaşında ana olub, kimsə 69 yaşında.

Teleqraf.com dünyanın ən ilginc analarını təqdim edir:

70 santimetr boyunda olan Stacey Herald 3 uşaq anasıdır. Heraldın həkimi doğuş zamanı körpələrin ağırlığının analarının ağırlığının yarısı qədər olduğunu bəyan edib.

Dünyanın ən gənc anası isə Lina Medina olub. 5 yaşında olduğu zaman qarın boşluğunun şişməsi səbəbindən Linanı həkimə aparıblar. Bu zaman onun hamilə olduğu öyrənilib. Linada müəyyən edilən bu hamiləliyin səbəbi isə Puberte Prekoks adlı xəstəlikdir. Lina 1939-cu ilin 14 mayında doğuş həyata keçirib. Onun Gerardo adı verdiyi uşağı dünyaya gəlib.

Ginnesin Rekordlar Kitabına görə, 1707 və 1782-ci illər arasında Rusiyada yaşayan bir rus qadını 69 uşaq doğub.

Karole Horlok adlı xanım isə 13 ildə 12 uşaq doğub. Horlok hər doğuş zamanı 25-35 min dollar çivarında pul alıb. Onun ən böyük və ən kiçik övladları arasında 41 yaş fərq var.

Əkiz sahibi olan dünyanın ən yaşlı qadını isə 70 yaşındadır. Bir oğlan sahibi olaraq ərinin mirasının oğluna keçməsini istəyən hindistanlı Omkari Panvar adlı xanım əkiz doğaraq dünyanın ən yaşlı əkiz anası statusunu qazanıb. 2008-ci ildə onun əkiz övladları dünyaya gəlib.

Dünyada ilk səkkiz övlad doğan isə amerikalı Nadya Denise Qutuerrezdir. 2009-cu ildə səkkiz körpə doğan bu qadın rekord vurub. Onun daha sonra 6 uşağı dünyaya gəlib.

Dünyanın ən yaşlı anası isə Raji Devi Lohandır. O, övlad sahibi olmaq üçün düz 40 il gözləyib. 2008-ci ildə hamilə qalan Lohan 70 yaşında ana olub.

Doğuş həyata keçirən ilk kişi isə Tomas Beatti olub. O, özü qız kimi doğulub. Sonradan hormon müalicəsi alan Beatti əməliyyat olunaraq ccinsiyyətini dəyişdirib. Ailə qurub, lakin uşaq sahibi ola bilməyəcəyini dəqiqləşdirdikdən sonra özü hamilə qalmaq qərarını verib.


Müəllif: Cavad