Avropada motosikletlər, skuterlər (asma motorlu idman qayığı) və digər ikitəkərli mototexnikalar istehsalçısı olan “Piaggio Group” sentyabr ayından elektriklə işləyən “Vespa” skuterinin istehsalına başlayacaq.
Teleqraf.com xəbər verir ki, skuterin elektriklə işləyən versiyası İtaliyanın Piza əyalətindəki Pontedera fabrikində yığılacaq.
Qeyd edək ki, ilk “Vespa” skuteri 1946-cı ildə elə Pontedera fabrikində yığılıb. Alıcılar elektriklə işləyən “Vespa” skuterinin ilk modelini internet vasitəsilə sifariş edə biləcəklər.
“Vespa”nın bu modelini noyabr ayında Milanın “EİCMA 2018” sərgi salonunda görmək mümkün olacaq.