Beynəlxalq Araşdırmaşı Alimlər Qrupu yerin altında qeyri-adi bakteriya aşkarlayıblar.
Teleqraf.com xəbər verir ki, bu bakteriyalar 610 metr dərinlikdə, günəş şüası olmayan yerlərdə yaşayırlar.
“Science Alert” agentliyi xəbər verir ki, “Sianobakteryum” qrupuna daxil olan bu canlı orqanizmlər işığın və oksigenin olmadığı mühitlərdə də yaşayıb inkişaf edə bilir və atomlarının parçalanması nəticəsində elektronlar əldə edirlər.
Gələcəkdə bu bakteriyalardan alternativ enerji mənbəyi kimi istifadə edilə bilər.