Tanzaniyada Hadza qəbiləsi dünyada ovçuluqla özünü təmin edən nadir insan kollektividir.
Teleqraf.com xəbər verir ki, 10 min ildir bu qayda ilə həyat sürən qəbilə baş vermiş dəyişiklik və çevrilişlərə baxmayaraq, yaşam tərzini heç vaxt dəyişməyib.
Texnologiyanın heç bir faydasından yararlanmayan tayfada “işləmək”, “iş” anlayışı yoxdur, onlar həyatlarını ibtidai insanlar kimi yaşayırlar.
Qəbilənin üzvləri ox və yaylarla quş, meymun, camış və hətta şir ovlamaqla həyatlarını davam etdirirlər.
Qəbilə əsasən gölün ətrafında və mağaralarda yaşayır.