7 İyun 2019 23:25
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın paytaxtı Afinada ilk məscid tikilib.

Teleqraf.com-un məlumatına görə, məsciddə ilk ayinlər sentyabr ayında keçiriləcək.

Qeyd olunur ki, Yunanıstanda 200 minədək müsəlman yaşayır. Bu məsciddə eyni vaxtda 400-ə yaxın şəxs namaz qıla biləcək.

Afina bugünədək məscid olmayan yeganə Avropa paytaxtı idi. Yunanıstan 1832-ci ildə Osmanlı imperiyasından müstəqillik əldə etdikdən sonra ölkə ərazisində məscid tikilməsinə icazə verilməyib.


Müəllif: Teleqraf.com