6 Dekabr 2021 12:26
4 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə “Thatonetimetraveler” istifadəçi adı ilə müxtəlif paylaşımlar edən və gələcəkdən gəldiyini iddia edən şəxs hər kəsi heyrətə salıb.

Teleqraf.com xəbər verir ki, “zaman səyyahı” dekabrın 25-də bütün insanların həyatını kökündən dəyişdirəcək bir hadisənin olacağını və bu olayın onun zaman səyahətçisi olduğunu sübut edəcəyini bildirib.

O, dekabrın 20-də 8 nəfərin Günəş dalğalarından supergüc alacağını iddia edib.

“Thatonetimetraveler”in iddiasına görə, bu hadisədən cəmi 5 gün sonra bütün dünyanın taleyini dəyişəcək daha bir olay baş verəcək. Amma o, bu hadisənin nə olduğunu açıqlamayıb.

“Dekabrın 25-də bütün dünya şoka düşəcək. O gün əsrlər boyu xatırlanacaq. O gün mənim gələcəkdən gəldiyimə 100 faiz inanacaqsınız”, - naməlum şəxs deyib.

"Thatonetimetraveler" 2485-ci ildən gəldiyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu