1 Noyabr 2022 08:00
1 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkar İlon Mask oktyabrın 27-də ABŞ şirkəti Tvitteri satın aldıqdan sonra onun Direktorlar Şurasını istefaya göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) məlumat bazasında yerləşdirilən sənədlərdə deyilir.

"Oktyabrın 27-də birləşmə sazişi nəticəsində cənab Mask Tvitterin yeganə direktoru oldu. Birləşmə müqaviləsinin şərtlərinə uyğun olaraq, sövdələşmənin tamamlandığı anda direktor olan şəxslər fəaliyyətini dayandırdılar", - bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər