14 Avqust 2016 23:35
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qılıncoynatma yığmasının baş məşqçisi, azərbaycanlı İlqar Məmmədovun başını daz qırxıblar.

Publika.az xəbər verir ki, baş məşqçinin bərbərləri Rusiya yığmasının üzvləri Yana Yeqoryan və Timur Safin olublar. Məmmədovun saçı olimpiadadan əvvəl verdiyi vədə qurban gedib. Olimpiadadan əvvəl Məmmədov bildirib ki, Rusiya yığması 2 qızıl medal qazanacağı təqdirdə, başını daz qırxdıracaq. Rusiya qılıncoynadanları Rioda iki qızıl medal qazanıblar. Bundan sonra idmançılar məşqçiyə vədini xatırladıblar. Məmmədovun geri çəkilmək üçün bəhanəsi qalmayıb. İlqar Məmmədov Azərbaycan Qılıncoyntama Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğludur. 


Müəllif:

Oxşar xəbərlər