Niderlandda bütün dəmiryolu qatarları küləklə işləyən elektrostansiyaların enerjisi ilə təmin olunmağa başlayıb.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, ölkə qatarlarının küləyin gücü ilə hasil edilən elektriklə təchiz edilməsinə keçməsi Avropa dövləti ilə yanaşı, bütün dünya üçün əlamətdar hadisə hesab olunur. Niderland dəmir yollarında qatarların hərəkətinin külək elektrostansiyalarının hasil etdiyi enerji ilə işləmə texnologiyasını tətbiq edən ilk ölkədir.
Məlumata görə, generatorun bir saat işləməsi qatarın 200 km məsafəni qət etməsinə kifayət edəcək.
Bundan əvvəl Niderlandda qatarların külək elektrostansiyalarının enerjisinə keçməsi 2018-ci ilə nəzərdə tutulmuşdu.