3 Mart 2017 23:41
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Telefon dünyasında ən yaxşı əməliyyat sisteminə (İOS) malik “İphone” markalı mobil telefonların “Androidlər”-lə müqayisədə daha çox səhvə yol verdiyi məlum olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ötən ilin avqustunda “Blanco Technology Group” tərəfindən mobil cihazlarla bağlı nəşr olunan hesabatda qeyd olunub. Yeni nəşr olunan hesabata əsasən ötən illə müqayisədə İOS əməliyyat sistemlərində səhvlərə yol verilməsi artıb. Belə ki, 2015-ci ilin son rübündə 25% olan səhv nisbəti, 2016-ci ilin sonuna doğru yüzdə 62-yə qədər yüksəlib. Androidlərdə isə bu nisbət yüzdə 47 olaraq qalır. Yeni hesabata görə müxtəlif proqram tətbiqlərində ən çox səhvlərə yer verən telefon markası “iPhone 6” seçilib.

“Apple” şirkətinin 2016-ci ilin sentyabrında təqdim etdiyi “iPhone 7” və “iPhone 7 Plus” modellərində isə bu nisbət 3 % səviyyəsindədir. Eyni zamanda batareya, kamera və USB- lərin istifadə olunmasında daha çox qüsurların rast gəlindiyi əməliyyat sistemi olaraq Androidlər göstərilib. Digər “Android” istehsalçıları ilə müqayisədə bu siyahıya “Samsung”–un liderlik etdiyi , “Facebook”, “Instagram” və” Snapchat” proqramlarının isə İOS (iphone)-lərdə daha zəif işlədiyi göstərilib.

Qeyd edək ki, hesabatda Android cihazlarının bir il əvvəlki hesabata görə, səhvlərə yol vermə prosesini yüzdə 38 nisbətində aradan qaldırdığı vurğulanıb.


Müəllif:

Oxşar xəbərlər