29 Mart 2017 08:18
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask təəccübləndirməyə davam edir. O, dünyanı dəyişdirəcək növbəti layihəsini elan edib. Milyarder tərəfindən təsis edilmiş “Neuralink” adlı şirkətin məqsədi kompüterlə insan beynini əlaqələndirmək üçün neyron interfeysinin yaradılması sahəsində həllər hazırlamaqdır.

Teleqraf.com “ICTnews”-a istinadən xəbər verir ki, şirkət hələ erkən inkişaf mərhələsindədir. İlon Maskın planına əsasən, indi “Neuralink” şirkəti beynə implantasiya edilən qurğuların yaradılması üzərində işləyəcək. Bu qurğular insanlara kompüterlərə qoşularaq öz fikirlərini rəqəmləşdirməkdə kömək edəcək.

Məlumat üçün bildirək ki, “Neuralink” fantastik istiqamətdə işlər görən ilk belə şirkət deyil. “Kernel” şirkəti insanlarda yaddaş və öyrənmə qabiliyyətinin yaxşılaşması üçün implantasiya edilən qurğu hazırlayır.


Müəllif: