Ermənistan prezidenti Serj Sərkisyanın avqusutn 8-də Soçiyə səfər edəcəyi dəqiqləşib
Teleqraf.com “Armenia Today”a istinadən xəbər verir ki, Sərkisyan avqustun 8-də Soçiyə işgüzar səfər edəcək. Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, avqustun 9-da bu şəhərdə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşü baş tutacaq.
Açıqlamada daha sonra deyilir: “Ermənistan tərəfi səfər çərçivəsində Rusiya Federasiyası, Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yollu ilə həllini müzakirə etmək məqsədilə üçtərəfli görüşünün keçirilməsinə hazır olduğunu ifadə edib. Əminik ki, Dağlıq Qarabağ münanaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur. Ermənistan hər zaman yüksək səviyyəli görüşün keçirilməsi mövqeyindən çıxış edib”.
Səxavət