12 Avqust 2014 13:04
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlərdə qeyri- ənnəvi seksual ariyentasiya məsələsi problem kimi qlobal məsələyə çevrilib. Xüsusən Avropa ölkələrində və Amerikada rəsmi olaraq leqallıq qazansa da şərqdə bu problemin həlli açıq qalır.

Baxmayaraq ki, belə bir əxlaq çox iyrəncdir, utanılmalı və gizlədilməli bir şeydir, bütün dünya səviyyəsində bu qədər reklam olunması bu məsələnin necə ciddi bir fakt olduğunu göstərir.
Xüsusilə, son zamanlar dünyaca məşhur Holivud filmlərində homoseksuallığın çox adi bir şey olduğunu göstərən filmlər işıq üzü görür, insanlara da bu əxlaqın çox normal haldır kimi mesajı verilir. Hətta bəzi Hollivud ulduzları da cinsiyyətlərini dəyişərək canlı olaraq belə bir bir yaşamın normal olduğunu göstərirlər.

Bunlar insanların nə qədər əxlaqi degenerasiya uğradığını göstərir. Bu əxlaqi degenerasiyanın bir qolu Avropadan gəlir və şüurlu şəkildə bütün dünyaya təbliğ olunur. Bu ölkələrdə insanların yaşamağı üçün iqtisadi şərait olduqca yüksəkdir və həyatda ehtiytac duyduqları elə bir problemləri yoxdur. Bəs bunların həyatdan sıxılararaq belə iyrənc işlərə əl atmasının səbəbi nədir? Səbəbi imansızlıqdır, Allah qorxularının olmamasıdır, dünyada yaradılış məqsədlərini bilməmələdir. Ali təhsil müəssisələrində də darvinist-materialist təlim keçirilir. Dünyanın özbaşına yarandığına, onları yaradan kimsə olmadığına, din əxlaqı ilə əxlaqlanmadıqlarına görə gənclər həyatdan zövq almırlar, artıq əldə etdiyi bütün nemətlər onlar üçün adiləşir və həyatdan zövq almaq üçün belə yollara əl atırlar.

Qurani – Kərimdə azğınlaşan bir tayfaya Lut peyğəmbərin göndərildiyi haqqında bunları bildirir: Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: "Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”.

Onun qövmünün cavabı: "Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu. Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu. (Əraf surəsi, 80-84)

Bir insan haramlara əl ataraq heç bir zaman xoşbəxt ola bilməz, hansı ki, Allah Quranda bizə halalları da bildirmiş, haramları da.

Haramlar isə əllə sayılacaq qədər azdır.

Yaşam seçimi hər zaman insanındır. Amma seçim olmaq və ya olmamaqda deyil necə olub olmamaqdadır...

Ülviyyə


Müəllif:

Oxşar xəbərlər