London metro sakinləri nəqliyyatda maraqlı bir olayla rastlaşıb.
Hər gün səhəri eyni cür açan sakinlər bu dəfə metroda spartalı döyüşçülərin müşayiəti altında işə getməli olublar.
Belə ki, bu gün səhər saatlarında paytaxt metrosunun istifadəçiləri səsli-küylü insan dəstəsi ilə qarşılaşıblar. Dəri geyimli və nizəli insan yığınının metro stansiyasına enməsi hadisə şahidlərini eramızdan əvvəlki zamanlara aparıb. Yarıçılpaq spartalıların London metrosuna düşməsində isə yalnız bir məqsəd olub: “300 spartalı: İmperiyanın yüksəlişi” (300: Rise of an Empire) filminin reklam etmək.
Qeyd edək ki, filmdə Kserksin rəhbərlik etdiyi fars qoşunlarına qarşı yunanların başçısı Femistoklun mübarizəsindən söhbət gedir.