Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq kitab oxuyacağını deyir və sosial medianın digər üzvlərini də buna çağırır.
Teleqraf.com xəbər verir ki, Zukerberqin səhifəsində yazdığı məlumata görə, 2015-ci ildə qarşısına qoyduğu məqsəd iki həftəyə bir kitab oxumaqdır. O, əsas diqqəti müxtəlif mədəniyyətləri, inancları, tarix və texnologiyaları öyrənməyə ayıracaq. Mark hətta Facebook-da "Kitablar ili" adlı səhifə də yaradıb. Burada iki həftəyə oxunan kitablar müzakirə olunacaq. Artıq bu səhifəni 118 mindən çox istifadəçi bəyənib. Zukerberqin seçdiyi ilk kitab isə Moises Naimin "Hakimiyyətin sonu" əsəridir.
Rüstəm