Rənglərin psixologiyası barədə aparılan araşdırmalar ilginc həqiqəti üzə çıxarıb. Onlardan biri də qırmızı rənglə bağlıdır. Qırmızı sevginin və arzunun rəngidir.
Teleqraf.com-un məumatına görə, bu rəng sevinci təmsil edir və insanların iştahını qaldırır. Ən diqqət çəkən rəng olduğu üçün insanların üzərində canlı və həyəcanverici təsir bağışlayır. Təzyiqi yüksəldir və qan dövranını yüksəldir.
Nə qədər parlaq olsa da, heç bir rəng qırmızı qədər diqqət çəkə bilməz. Bu rəngi sevənlər, özünə inamlı, çılğın, bəzən isə kontrolsuz davranmaq kimi xarakterləri var.
Sevgiyə və məhəbbətə ehtirasla bağlanırlar. Lakin yeni bir sevgiyə hər zaman hazır vəziyyətdə olurlar. /musavat.com/